Dünya

Hərbi hissədəki partlayışa görə ölənlərin sayı artır: 150 ölü, 600 yaralı var - VİDEO

9 Mart 2021 19:23
Baxış: 18 799
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ekvatorial Qvineyanın Batada şəhərindəki hərbi hissədə baş verən partlayış nəticəsində ölənlərin sayı 150-ni ötüb. 600-dən çox yaralı var.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, xüsusi təyinatlı və polis qüvvələrinin olduğu hərbi hissədə baş verən güclü partlayışın təsirindən yaxınlıqda yerləşən onlarla ev dağılıb. Çox sayda insanların dağıntılar altında qaldığı güman edilir. Axtarış işləri 2 gündür davam edir.

Rəsmi açıqlamaya görə, hadisə partlayıcı qurğuların saxlanıldığı bölmədə ehtiyatsızlıqdan baş verib. Türkiyə başda olmaqla bir sıra ölkələr partlayışla bağlı başsağlığı mesajları yayımlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.