Dünya

16 yaşlı sevgilisini öldürüb, hissələrə ayırdı - FOTO

9 Mart 2021 17:27
Baxış: 968
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da dəhşətli cinayət hadisəsi baş verib.

Milli.Az unikal-a istinadən xəbər verir ki, 16 yaşlı oğlan sevgilsini amansızcasına qətlə yetirib. Belə ki, o, həmyaşıd olduğu sevgilisinin hamilə olduğunu öyrənib. Yeniyetmə qıza uşağı abort etməsini tələb edib. Lakin qız buna narazılığını bildirib. Bundan sonra oğlan qızı öldürərək, cəsədini parçalara ayırıb. Qızın ailəsi övladlarının itkin düşməsi barədə polisə müraciət edib. Polis qısa zamanda axtarışa başlayıb. Onun sonuncu dəfə sevgilisi ilə birlikdə olduğunu aşkar ediblər.

Polis yeniyetməni saxlayıb. O, cinayəti etiraf edib. Bundan sonra öldürülən qızın cəsədi zibil qutusundan çıxarılıb. Faktla bağlı araşdırma davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.