Dünya

16 yaşlı qardaşını amansızlıqla öldürdü - Zibili atmadığına görə

6 Mart 2021 14:31
Baxış: 2 578
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin paytaxtı Ankara şəhərində 16 yaşlı oğlan öldürülüb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzindəki Çankaya rayonunda Yıldırım Beyazit Universitetinin tələbəsi olan 20 yaşlı M.K özündən 4 yaş kiçik olan qardaşı K.K-nı amansızlıqla öldürüb. Vaideynlərinin evdə olmadığı vaxt dalaşan qardaşların münaqişəsi daha da kəskinləşib və M.K kiçik qardaşına 11 bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

M.K könüllü şəkildə polisə təslim olub.

İlkin araşdırmalar zamanı M.K-nın 16 yaşlı qardaşını zibili atmaq üstündə yaranmış münaqişəyə görə öldürdüyü müəyyənləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.