Dünya

Pekin sakinlərinin təxminən 25 faizinə COVID-19 peyvəndi vurulub

3 Mart 2021 21:20
Baxış: 466
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin paytaxtı Pekində COVID-19 infeksiyasına qarşı vaksinasiya proqramı çərçivəsində 5 milyondan çox nəfərə peyvənd vurulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, peyvənd olunanların 2,64 milyon nəfəri 2 doza, qalanları isə bir doza vaksin qəbul edənlərdir. Təxminən 21 milyon əhalisi olan Pekində peyvənd vurulanların əsas hissəsi risk qrupundan olanlardır. Bundan başqa, vaksinasiya proqramına uyğun olaraq, əvvəlcədən müraciət etməklə könüllü qaydada peyvəndləmə də aparılır. Müraciət edənlərin sayında isə artım dinamikası müşahidə olunur. Vaksinasiyada "Sinovac" və "Sinopharm" şirkətlərinin istehsalı olan inaktiv peyvəndlərdən istifadə olunur. Çin hökuməti hər iki şirkətin COVID-19 vaksinlərinin ölkədə kütləvi marketinqinə icazə verib.

Qeyd edək ki, Çində əhalinin COVID-19 infeksiyasına qarşı vaksinasiyası iki mərhələdə aparılır. İlk mərhələdə tibb işçiləri, xaricdən idxal edilən donmuş ərzaqların qəbulu məntəqələrində, o cümlədən yük limanlarında çalışanlara, gəmi və təyyarə heyəti üzvlərinə, ərzaq və meyvə-tərəvəz satıcılarına, ictimai nəqliyyatda çalışanlara və s. peyvənd vurulur. Bundan başqa, yoluxma sayı çox olan ölkələrə təhsil və iş məqsədilə səfər edənlər də birinci mərhələdə vaksinasiya olunurlar. İkinci mərhələ üzrə vaksinasiya prosesi könüllülük prinsipi əsasında aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.