Dünya

Hindistanın Baş naziri koronavirusa qarşı peyvənd olundu

1 Mart 2021 09:27
Baxış: 446
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın Baş naziri Narendra Modi koronavirusa qarşı peyvənd olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə baş nazir özünün "Twitter" səhifəsində yazıb.

N.Modi bildirib: "AIIMS-də (ÜmumHindistan Tibbi Tədqiqat İnstitutu - red.) COVİD-19-a qarşı peyvəndimin ilk dozasını aldım. Həkimlərimizin və alimlərimizin COVID-19-a qarşı qlobal mübarizəni gücləndirmək üçün belə sürətlə çalışmaqları çox gözəldir. Peyvənd almaq hüququ olan hər kəsə müraciət edirəm: Gəlin birlikdə Hindistanı COVID-19-dan azad edək".

Qeyd edək ki, Hindistanda bu gün vaksinasiya kampaniyasının ikinci mərhələsi başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.