ABŞ-ın bu şəhərində 26 fevral tarixi Xocalının anım günü elan edilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Florida ştatının Sanni Ayles Biç şəhərinin meri Corc Skoll Xocalının 29-cu ildönümü ilə əlaqədar 26 fevral 2021-ci il tarixinin Xocalı soyqırımı qurbanlarının anım günü elan edilməsinə dair bəyannamə imzalayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, merin imzaladığı bəyannamədə 1988-ci il Azərbaycanın Dağlıq Qarabağ bölgəsində münaqişənin başlaması, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıya hücumu nəticəsində aralarında qadınların, uçaqların, qocaların olduğu 600-dən çox mülki insanın qətlə yetirilməsi barədə məlumat verilib.
Bəyannamədə qeyd edilir ki, Xocalı soyqırımı müharibə dövründə vurula bilən dəhşətli ziyanın ağrılı xatırlatmasıdır və dünya xalqları arasında daha çox ünsiyyət və tolerantlığa ehtiyac olduğunu göstərir.
Bütün bunları nəzərə alan mer Corc Skoll 26 fevral 2021-ci il tarixini Xocalı faciəsinin Anım Günü elan edib.
Bəyannamə Florida ştatında yaşayan soydaşlarımız və Florida-Azərbaycan İcmasının təşəbbüsü ilə qəbul edilib.
Xatırlladaq ki, Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində ABŞ-ın Minnesota ştatının qubernatoru, Florida ştatının Aventura və Holondeyl Biç şəhərlərinin merləri, Men ştatının Portlənd şəhərinin meri, İllinoys ştatının Skoki şəhərinin meri və Massaçusets ştatının Boston şəhər meri tərəfindən də oxşar bəyanatlar qəbul edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti





