Braziliyada son sutka ərzində daha 55 271 nəfərin koronavirus infeksiyasına yoluxması, 1167 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 9 921 981 nəfər yoluxub. Bu müddət ərzində 240 940 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 8 883 191 xəstə müalicə olunaraq sağalıb.
Milli.Az