Dünya

“NATO həm qarşıdurmaya, həm də əməkdaşlığa hazırdır”

16 Fevral 2021 17:38
Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO Baş katibi Yens Stoltenberq ittifaqın Rusiya ilə münasibətlərdə fərqli variantları nəzərdən keçirdiyini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə "El Mundo" nəşri məlumat verib.

"Əgər onlar qarşıdurma istəsələr, biz hazırıq. Əgər əməkdaşlıq etmək istəsələr, məmnun qalarıq",- deyə Stoltenberq qeyd edib.

Stoltenberq silahlanma yarışının yenidən başlaması riski səbəbindən Moskva ilə münasibətlərin davam etdirilməsinin vacibliyini qeyd edib. Buna baxmayaraq, Stoltenberq hesab edir ki, Moskva ilə dialoq güc və sərtlik mövqeyindən aparılmalıdır.

Xatırladaq ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Maria Zaxarova NATO-nun həm sanksiya mexanizmlərindən, həm də siyasi təxribatlardan istifadə edərək, siyasi və iqtisadi məhdudlaşdırma məqsədi ilə Rusiyanın daxili işlərinə açıq şəkildə müdaxilə etdiyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.