Dünya

Etiraz aksiyasına görə İNƏYİNDƏN OLDU

12 Fevral 2021 20:14
Baxış: 868
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanlı fəal, fevralın 6-da Tbilisidə keçirilən etiraz aksiyasında iştirak edən və komendant saatının tələblərini pozduğuna görə cərimələnən Nika Kvitatiani jurnalistlərə maraqı açıqlama verib.

Milli.Az xəbər verir ki, iki min lari (1032 manat) cərimə olunan fəal bildirib ki, pul əvəzinə inəyini verməyi planlaşdırır.

Gəncin sözlərinə görə, o, cərimə qərarından məhkəməyə şikayət edəcək. Lakin şikayətin baxılmasından öncə cərimə məbləğinə uyğun gələn həcmdə girov qoyulmalıdır. O, girov qismində inəyini verəcək.

Xatırladaq ki, fevralın 6-da Gürcüstanda karantin tədbirlərinə qarşı etiraz aksiyası keçirilib. Etirazçılar əvvəlcə parlament binasına doğru yürüş edib, axşam saaat 21.00-dan səhər saat 5.00-dək isə Dedaen parkı ərazisində oturaq aksiya təşkil ediblər. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.