Dünya

İlk ərəb kosmik gəmisi Marsın orbitinə daxil olub

10 Fevral 2021 09:27
Baxış: 863
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Avtomatik Planetlərarası Stansiyasının "Ümid" adı  verilən kosmik gəmisi buraxıldıqdan altı ay sonra, fevralın 9-da yerli vaxtla 19.42-də Marsın orbitinə daxil olub. 

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Məhəmməd bin Rəşid adına Kosmik Mərkəzi "Twitter" səhifəsində məlumat yayıb. 

Bildirilib ki, "Ümid"ün Marsın orbitinə çatmasını tarixi nailiyyətdir. 

Qeyd edək ki, BƏƏ Marsa kosmik raket göndərən dünyanın beşinci ölkəsidir. 

Xatırladaq ki, BƏƏ-yə məxsus kosmik cihaz iyunun 20-də Yaponiyanın Taneqaşima Kosmik Mərkəzindən "H-IIA" raket-daşıyıcı ilə Marsa göndərilib. 

Aparat Yerdən Marsa təxminən 500 milyon kilometrlik məsafə qət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.