Dünya

Dünyada COVID-19 əleyhinə peyvənd edilənlərin sayı 100 milyonu ötüb

2 Fevral 2021 12:40
Baxış: 502
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyanın başlandığı 64 ölkədə ümumilikdə 101 milyondan çox insana peyvənd vurulub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Bloomberg"in əldə etdiyi məlumatlar əsasında hazırladığı infoqrafikada qeyd olunub.

Bildirilib ki, tarixin ən böyük vaksinasiya kampaniyası çərçivəsində son göstəricilərə əsasən, gündəlik təqribən 4,25 milyon nəfər COVID-19 əleyhinə peyvənd edilib.

ABŞ-da vaksinasiyanın başlandığı 14 dekabr 2020-ci il tarixindən etibarən 32,8 milyondan çox insana peyvənd vurulub ki, bu da əhalinin təxminən 10 faizi edir. Hazırda ABŞ-da gündəlik 1,34 milyon nəfər gündəlik peyvənd olunur.

Kütləvi vaksinasiya proqramı çərçivəsində Çində 24 milyon, Avropa İttifaqında 12,7 milyon, Böyük Britaniyada 9,7 milyon nəfərə peyvənd vurulub.

Vaksin edilənlərin əhalinin ümumi sayına nisbətdə ən yüksək olduğu ölkə isə İsraildir. Bu ölkədə artıq 5 milyon nəfərə peyvənd vurulub ki, bu da ümumi əhalinin 55,1 faizini təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.