Dünya

Səudiyyə Ərəbistanı mayın 17-dək sərhədlərini açmayacaq

31 Yanvar 2021 20:59
Baxış: 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi mayın 17-dək səyahət məhdudiyyətlərini uzadır və sərhədləri açmayacaq. Bu barədə krallığın rəsmi SPA informasiya agentliyi xəbər yayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu qərarın qəbul edilməsinin əsas səbəbi dünyada COVID-19 pandemiyasının ikinci dalğasının geniş yayılması və Səudiyyə Ərəbistanına gətiriləcək "Pfizer" peyvəndlərinin yubanacağı ehtimalıdır. Nazirlik bəyan edib ki, sərhədlərin açılacağı vaxt daha çox insanın peyvənd olunmasını təmin etmək lazımdır.

Yeni ilin ilk günlərində Səudiyyə Ərəbistanı sərhədlərin martın 31-də açılacağını elan etmişdi. Lakin yuxarıda göstərilən səbəblərdən bu qərar ləğv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.