Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl haqqında cinayət işi başlanıb.
Ona qarşı Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürülüb.
Milli.Az "Gununsesi.info"ya istinadən xəbər verir ki, Şəhla İsmayıl Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılan QHT-lərlə bağlı cinayət işi üzrə təqsirləndirilir.
O, gender bərabərliyinin inkişafına və sülhyaratmaya verdiyi töhfəyə görə Şərəf Legionu Kavaleri Ordeni ilə təltif olunub.
2022-ci ildə Fransanın Bakıdakı səfirliyində mükafat ona təqdim olunub.
Baş Prokurorluqda QHT-lərlə bağlı cinayət işi başlayandan sonra 5 nəfər həbs olunub, digər təşkilat rəhbərləri haqqında isə başqa yerə getməmə və s. qətimkan tədbirləri seçilib. Təqsirləndirilən QHT təmsilçilərindən bir neçəsinin, o cümlədən İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Bayramov, "Vətəndaş Hüquqları İnstitutu" İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı, qadın hüquqlarının müdafiəsi ilə məşğul olan Nərgiz Muxtarovanın məhkəməsi başlayıb. Oktyabrın 22-də "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun da məhkəməsi başlayacaq.
Qalib Bayramov London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) baş elmi işçisi, iqtisadçı Qubad İbadoğlunun qardaşıdır.
Milli.Az