Dünya

Misir tezliklə 10 ən böyük təbii qaz ixracatçısı ölkələrinin sırasına qoşulacaq

31 Yanvar 2021 20:19
Baxış: 1 155
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaxın aylarda Misir dünyanın 10 ən böyük təbii qaz ixracatçısı olan ölkələrin sırasına daxil olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Misirin neft naziri Tariq əl-Molla jurnalistlərə müsahibəsində bildirib.

Misirli nazir qeyd edib ki, 2021-ci ildə mayeləşdirilmiş təbii qaz (LNG) ixracını rekord səviyyəyə çatdırmaq məqsədilə müvafiq müəssisələrdə işlər yekunlaşmaq üzrədir. Bundan başqa, fevralın sonunda 8 illik fasilədən sonra Damietta qaz emalı zavodu da tam gücü ilə işləyəcək. Bu müəssisədə ildə 4,5 milyon ton LNG istehsal ediləcək, ölkənin ümumi hasilatı isə 14,5 milyon tona çatacaq.

Nazir əlavə edib ki, COVID-19 pandemiyası səbəbindən 2020-ci ildə təbii qazın qiymətləri aşağı düşüb, lakin oktyabrdan başlayaraq tələbat artmağa başlayıb. Onun sözlərinə görə, Misir hökuməti ölkənin daxilində ictimai nəqliyyatın da LNG yanacağı ilə işləməsi üçün tədbirlər həyata keçirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.