Dünya

Ermənistanda hökumət binasına girməyə cəhd göstərən 5 nəfər saxlanıldı

29 Yanvar 2021 12:23
Baxış: 667
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün Ermənistanda hökumət binasına girməyə cəhd göstərən 5 nəfər saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, yanvarın 28-də paytaxt İrəvanda hökumət binasının qarşısında polis qüvvələri ilə Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar arasında toqquşma olub. Etirazçılar hökumət binasına girməyə cəhd ediblər. Etirazçıların digər qismi isə Ermənistan Baş Prokurorluğunun binasına daxil olmağa cəhd ediblər. Bu cəhdlərin qarşısı polis qüvvələri tərəfindən alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.