Ötən gün Ermənistanda hökumət binasına girməyə cəhd göstərən 5 nəfər saxlanılıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, yanvarın 28-də paytaxt İrəvanda hökumət binasının qarşısında polis qüvvələri ilə Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçılar arasında toqquşma olub. Etirazçılar hökumət binasına girməyə cəhd ediblər. Etirazçıların digər qismi isə Ermənistan Baş Prokurorluğunun binasına daxil olmağa cəhd ediblər. Bu cəhdlərin qarşısı polis qüvvələri tərəfindən alınıb.
Milli.Az