Türkiyə ordusunun əsgərləri suriyalı uşaqlara hədiyyələr paylayıb.
Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat verilib.
Bildirilib ki, Suriyanın şimalında, "Barış Pınarı" əməliyyatı keçirilmiş bölgədə uşaqlara yardımlar verilib. Yardımlar əsasən, qida və geyimdən ibarət olub.
Milli.Az