Dünya

Uşaq kitabının müəllifi öz uşağını döydüyünə görə həbs olundu

27 Yanvar 2021 16:55
Baxış: 2 501
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uşaq kitabının müəllifi və əri azyaşlıların istismarına görə saxlanılıb.

Milli.Az nypost-a istinadla xəbər verir ki, ABŞ-ın Florida şəhərində yaşayan Jennifer və Joseph Wolfthal övladlığa götürdükləri uşaqları döydüyünə görə tutulublar. 41 yaşlı Jennifer və əri uşağa qarşı diqqətsizlik göstərdikləri üçün, onu döydüklərinə, günlərlə ac saxladıqlarına görə cəzalandırılıblar.

Onlar 8 yaşlı uşağın pnevmaniya olmasına, ağciyərlərinin tamamilə sıradan çıxmasına səbəb olublar. Uşağın bədənində açıq yaralar, zədə izləri və göyərmələr olub.

Qeyd edək ki, Jennifer Wolfthal uşaqlar üçün nəzərdə tutulan "A Real Friend" ( əsl dost ) adlı kitabın müəllifidir.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.