Yer kürəsi iqlim dəyişiklikləri nəticəsində 28 trilyon ton buz itirib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeni araşdırmaya əsasən, planetdə buzların əriməsi sürətlə artır. Tədqiqatların nəticələri göstərir ki, 1994-cü ildən 2017-ci ilədək Yer kürəsi 28 trilyon ton buz itirib. Bu, Böyük Britaniya ərazisini əhatə edə biləcək 100 metrlik qalınlıqda buz təbəqəsinə ekvivalentdir.
Buz itkisinə dair yeni məlumatlar bu gün, yanvarın 25-də peyk məlumatları vasitəsilə qlobal buz itkisini araşdıran tədqiqat qrupu tərəfindən dərc olunub. Lids Universitetinin (University of Leeds) rəhbərlik etdiyi komanda Yer kürəsində son otuz ildə buzun ərimə sürətinin əhəmiyyətli dərəcədə artdığını aşkar edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, buzların əriməsi dəniz səviyyəsinin bütün dünyada qalxmasına səbəb olur, sahil icmalarında daşqın riskini və vəhşi təbiətdən asılı olan təbii yaşayış məskənlərinin məhv olma təhlükəsini artırır.
Edinburq Universitetinin, London Universiteti Kollecinin və Earthwave layihəsinin mütəxəssislərindən ibarət tədqiqat qrupunun gəldiyi belə nəticələr Avropa İttifaqının torpaq elmlərindən bəhs edən "The Cryosphere" jurnalında dərc edilib.
Britaniya Ətraf Mühit Araşdırmaları Şurası tərəfindən maliyyələşdirilən tədqiqata görə, buzların ərimə sürəti 23 il ərzində ümumilikdə 65 faiz artıb. Buna əsasən Antarktida və Qrenlandiyanın qütb buz təbəqələrindəki kəskin azalma səbəb olub.
"Dəniz səviyyəsinin belə böyük miqyasda qalxması sahilyanı icmalara bu əsrdə çox ciddi təsir göstərəcək", - deyə Qütb Müşahidələri və Modelləşdirmə Mərkəzinin elmi işçisi, tədqiqatın aparıcı müəllifi doktor Tomas Sleyter bəyan edib.
Buzların azalmasına atmosferin və okeanların istiləşməsi səbəb olub.
Tədqiqat, Qrenlandiya və Antarktidanın qütb buz təbəqələri, Antarktida ətrafında üzən buz şelfləri və Arktik və Şimal Buzlu və Cənubi Okeanlardakı üzən buzlar da daxil olmaqla planetin ətrafına səpələnmiş 215 min dağ buzlaqlarıını əhatə edir. Buz itkilərinin yarıdan bir qədər çoxu (58 faizi) Şimal yarımkürəsinin, qalan hissəsi (42 faiz) isə cənub yarımkürəsinin payına düşür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
XƏBƏR LENTİ
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür





