Dünya

Türkiyədə bu gün koronavirusdan 140 nəfər ölüb

24 Yanvar 2021 21:28
Baxış: 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 140 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 5 277 nəfər COVID-19 infeksiyasına  yoluxub.

Bu gün yeni növ koronavirusdan  sağalan xəstələr  5 860, ağır xəstələr isə 105 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 429 605 nəfər COVID-19  xəstəsi olaraq qeydə alınıb, onlardan 2 307 721 nəfər sağalıb, 25 073 nəfər isə ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.