Dünya

Rusiyada 600-dən çox aksiyaçı saxlanılıb

23 Yanvar 2021 23:41
Baxış: 1 519
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın paytaxtı Moskvada və digər şəhərlərdə müxalifətçi Aleksey Navalnının həbsinə etiraz olaraq keçirilən aksiyalarda saxlanılanların sayı açıqlanıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Rusiyanın İctimai Nəzarət Komissiyasının icraçı katibi İvan Melnikovun məlumatına görə, 600-dən çox mitinq iştirakçısı saxlanılıb. Qeyri-rəsmi mənbələr isə bu rəqəmin 2501 nəfər olduğunu bildirir. Ən çox saxlanılanlar Moskva və Sankt-Peterburq şəhərindəndir.

Aksiyalarda 50-dək jurnalistin xəsarət aldığı qeyd edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.