Havanın çirklənməsi Avropada hər il 50 min nəfərin ölümünə səbəb olur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Havanın çirklənmə səviyyəsinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun şəkildə aşağı salınması hər il Avropada orta hesabla 50 min erkən ölüm halının qarşısını ala bilər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qlobal Sağlamlıq İnstitutunun tədqiqatçıları Avropanın minə yaxın şəhərində havanın çirklənməsini ölçüblər və nəticələr "Lancet Planetary Health" elmi nəşrində dərc olunub. Bu zaman alimlər ÜST-ün kriteriyalarını əsas götürüblər və PM2,5 kateqoriyasına daxil olan çirkli hava partikllərinin, eləcə də havadakı azot oksidinin (NO2) miqdarını araşdırıblar. ÜST-ün açıqlamasına görə, hər il dünyada yeddi milyondan çox insan hava çirklənməsinin səbəb olduğu xəstəliklərdən (qan-damar sistemi və nəfəs yolları xəstəlikləri) dünyasını dəyişir. Beynəlxalq qurum havanın təmizliyi üçün sərhəd dəyərlər kimi orta illik göstəricidə PM2,5 kateqoriyalı çirkli hava partikllərinin bir kubmetrdə on mikroqram və azot oksidinin həcmini isə bir kubmetrdə 40 mikroqram olaraq müəyyən edib.
Alimlər müəyyən ediblər ki, Avropa şəhərlərində havanın təmizliyinə ÜST-ün meyarları əsasında riayət olunarsa, hər il 51213 erkən ölüm halının qarşısını almaq mümkün ola bilər. Əgər havanın təmizliyi tədqiq edilən şəhərlər içərisində ekoloji cəhətdən ən təmiz şəhərin səviyyəsinə çatdırılarsa, bu zaman hər il 125 min insanın həyatı xilas edilə bilər.
İnstitutun tədqiqatçısı Mark Nivenhuiysen bildirib ki, bu tədqiqat əksər şəhərlərin havanın çirklənməsinə qarşı kifayət qədər mübarizə aparmadığını nümayiş etdirir. Tədqiqatçıların hava çirklənməsi əsasında apardıqları hesablamalar nəticəsində İtaliyanın Po çayı vadisindəki şəhərləri, Polşa və Çexiya şəhərlərində hava kirliliyi nəticəsində ölüm hallarının daha yüksək olması qənaətinə gəlinib. Maraqlıdır ki, ən təmiz şəhərlər sırasına da İtaliya şəhərləri (Breşa, Berqamo və Viçenza) başçılıq edirlər. Norveçin Tromsö, İsveçin Umea, Finlandiyanın Oulu şəhərləri və İslandiyanın paytaxtı Reykyavik də ən təmiz şəhərlər arasında yer tutublar.
Aparılan tədqiqat zamanı Avropa şəhərlərinin 84 faizində havadakı çirkli partikllərin səviyyəsi ÜST-ün tövsiyə etdiyi sərhəd göstəricidən yuxarı olduğu da müəyyən edilib. Azot oksidinin miqdarı isə şəhərlərin 9 faizində normadan yuxarı olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Nepalda ölənlərin sayı 1374-ə çatdı
-
Xocalıda ANAMA əməkdaşı minaya düşdü - (Yenilənib)
-
Argentina millisinin yeni kapitanı bəlli oldu
-
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyyənləşib
-
Xumar Qədimovanın səmimi görüntüləri diqqət çəkdi - (Video)
-
Azərbaycan vasitəsilə Ermənistana arpa və buğda göndərilib - (Yenilənib)
-
Rusiyada miqrantlarla bağlı mühüm yenilik
-
Paşinyan Makronla görüşüb
-
Yamal Mbappenin rekordunu təzələdi
-
Kolleclərə boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır
-
Sevil-Sevinc bacıları ittihamlara belə cavab verdilər: "7000 AZN xərclənib" - (Foto)
-
Bakının bu ərazilərində ev alanlar daha çox qazanacaq
-
Xəzərdə zəlzələ oldu
-
UEFA Çempionlar Liqası: Günün matçları
-
Onlayn satışla bağlı yeni qayda: Dövlət Vergi Xidməti açıqladı
-
Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanıldı
-
Ceymi Karrager: “Arda Güler "Real"-dan ayrılmağı düşünməlidir"
-
Sentyabrda bəxti gətirəcək 3 bürc - Pul, sevgi və uğur qapıda
-
“Fenerbahçe” və “Beşiktaş”ın keçmiş ulduzunun oğlu evləndi - (Foto)
-
Trampdan İrana sərt xəbərdarlıq: “Çox ağır zərbə endirməli olacağıq”
-
"Sabah"ın Mançesterdən maraqlı paylaşımı - (Video)
-
Sentyabrın 11-də Milli Məclisdə iki komitə iclası keçiriləcək
-
“Akasya durağı”nın ulduzları illər sonra - (Video)
-
Bakıda və 3 rayonda işıqlar sönəcək





