Livanda 24 saatlıq komendant saatı tətbiq edilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Livanda bu gündən yanvarın 25-dək davam edəcək 24 saatlıq komendant saatı qüvvəyə minir.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, səlahiyyətli şəxslər tədbiri koronavirusa yoluxan vətəndaşların və virusun törətdiyi nəticələrdən ölüm sayının artması səbəbindən tətbiq edirlər.
Ali Müdafiə Şurasının qərarına əsasən, bu gündən etibarən bütün dövlət qurumları və özəl şirkətlər işini dayandırır, kinoteatrlar, kitabxanalar, muzeylər, ziyafət salonları, stadionlar və kazinolar bağlanır. Məktəblər və universitetlər tamamilə distant təhsilə keçirlər. Bələdiyyə parklarında və sahillərdə gəzintilərə qadağa qoyulur; şəhərdə hərəkət etməyə yalnız həddindən artıq ciddi zərurət hallarında icazə verilir. Qida məhsulları mağazaları, çörəkbişirmə müəssisələri və yeməkxanalar tələbə uyğun olaraq xalqa ərzaq çatdırılmasını həyata keçirəcəklər.
Son sutkada Livanda koronavirusa 4 998 yeni yoluxma hadisəsi aşkar edilib, daha 35 vətəndaş koronavirusdan ölüb. 27.672 nəfər virusla bağlı testdən keçib, 17.1 faizdə müsbət nəticə qeydə alınıb. Gün ərzində 1651 xəstə xəstəxanaya, onlardan 627-si reanimasiya şöbələrinə yerləşdirilib, 176-sı süni ventilyasiya cihazlarına qoşulub. Ümumilikdə 21 fevraldan bu günə qədər 231 936 vətəndaşda koronavirus aşkarlanıb, 145 873 nəfər infeksiyadan müalicə olunub və virusun törətdiyi nəticələrdən ölənlərin sayı 1 740-a çatıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xərçəng xəstələrinin sayı 67% artacaq
-
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
-
Zərdabda ağır qəzada 5 nəfər yanaraq ölüb - (Foto)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu şirkətin agentliyin imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi





