Dünya

Nümayəndələr Palatası Trampın impiçmentinə səs verdi

14 Yanvar 2021 07:25
Baxış: 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Demokratların nəzarətində olan ABŞ Nümayəndələr Palatası hazırkı Respublikaçı Prezident Donald Trampa impiçment qərarı qəbul etdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, təşəbbüs artıq təsdiqlənməsi üçün lazımi sayda qanun səsini qazanıb.

Aşağı palatanın qəbul etdiyi sənəddə yalnız bir ittiham maddəsi var - üsyana çağırış.

İndi ittiham aktı prosedurun məhkəməyə çevriləcəyi Senata təqdim edilməlidir. Lakin qanunverici orqanın yuxarı palatasının cədvəlinə görə, Senat Trampın səlahiyyətlərinin müddəti bitdikdən sonra impiçment məsələsini həll edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.