Dünya

Nikol Türkiyə ilə bu müzakirəni aparır - Minasyan

9 Yanvar 2021 10:04
Baxış: 1 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məndə olan məlumata görə, Nikol Paşinyanın nümayəndələri Ermənistanla Türkiyə arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması müqabilində imzalanacaq sənədlər paketini müzakirə edir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan Teleqram səhifəsində yazıb.

"Paketdə Ermənistanın antitürk siyasəti yürütməmək, "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınmasının təşviqindən imtina etmək, diasporu "soyqırımı" tanımağa yönəlmiş hərəkətlərdən tamamilə uzaqlaşdırmaq, ərazi iddialarından əl çəkmək barədə sənədləri imzalamaq, habelə maddi təzminatı rədd etmək öhdəlikləri yer alır. Həmçinin, güzəştlər paketi "erməni məsələsi"ni öyrənmək üçün tarixçilərdən ibarət bir komissiyanın yaradılmasını da əhatə edir", - Minasyan bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory