Dünya

Makron ABŞ-dakı hadisələrə münasibətbildirdi

7 Yanvar 2021 11:55
Baxış: 746
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa prezidenti Emmanuel Makron ABŞ-da baş verən hadisələrə münasibət bildirib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Makron bu barədə "Twitter" səhifəsində paylaşım edib.

"Dünyanın ən qədim demokratiyalarından birində seçkinin legitim nəticələrinə qarşı silahlı müqavimət varsa, bundan bütün dünyada ictimai fikir zərər görər. Əslində, orada baş verənlər ABŞ-ı əks etdirmir", - Makron bəyan edib.

Qeyd edək ki, Makron gecə boyu hadisələrin axarı zamanı mövqeyini açıqlamadığı üçün tənqid olunub. Onun hadisələrin yekunlaşmasını və hansı tərəfin üstün gəlməsini gözləməsi yaxşı qarşılanmayıb. Fransa prezidenti bütün hadisələr bitəndən sonra olaylara münasibətini açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.