Dünya

Gürcüstanda şiddətli meşə yanğınları başladı

6 Yanvar 2021 15:17
Baxış: 600
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda böyük meşə yanğınları meydana gəlib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, yanğınlar olduqca əhəmiyyətli miqyasda geniş meşə zolağı ərazilərini əhatə edib.

Qonşu ölkənin Sameqrelo, İmereti, Acara, Raça Leçxumi-Kvemo Svaneti və Şida Kartli vilayətlərində hektarlarla meşə sahəsi yanaraq külə çevrilib. Hazırda yerdə qalan meşə zolağının xilas edilməsi və yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Yanğını tam ram etmək hələ mümkün olmayıb.

Qeyd edək ki, meşə yanğınları Gürcüstanın nəzarət edə bilmədiyi separatçı qurum olan tanınmamış "Abxaziya Respublikası" ərazilərində də müşahidə olunub. Meşə yanğınlarının dəqiq səbəbləri məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.