Dünya

Gürcüstanda yanvarın 15-dək tətil elan olunub

4 Yanvar 2021 18:51
Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda yanvarın 15-dək tətil elan edilib. Yanvarın 4-dən 15-dək ölkə ərazisində, banklar və digər zəruri əhəmiyyətli müəssisə və xidmətlər istisna olmaqla digər dövlət, hökumət və qeyri-hökumət təşkilatları fəaliyyət göstərməyəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Gürcüstan hökuməti bu addımı ölkədə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə qəbul edib.

Bununla yanaşı, yeni il öncəsi fəaliyyətinə icazə verilən ticarət mərkəzləri və qeyri-ərzaq mağazaları yenidən bağlanıb. Tətil dövründə iri şəhərlərdə yalnız ərzaq mağazaları, apteklər, məişət kimyası və gigiyena vasitələri, ev heyvanları üçün yem mağazaları və qəzet köşkləri açıq olacaq. Çatdırılma xidməti, gözəllik salonları, avtoservis, məişət texnikasının təmiri mərkəzləri fəaliyyətlərini davam etdirəcək.

Yanvarın 16-dan 31-dək şənbə və bazar günləri istisna olmaqla Gürcüstanda şəhər və şəhərlərarası nəqliyyatın hərəkətinin, ticarət obyektləri, açıq və qapalı bazarların fəaliyyətinin bərpa olunacağı gözlənilir. Lakin bu barədə qərar ölkədəki epidemioloji vəziyyətdən asılı olaraq qəbul ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.