Dünya

"Pfizer" peyvəndi vurduran kişi beş gün sonra vəfat edib

1 Yanvar 2021 22:29
Baxış: 1 344
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsveçrənin Lütsern şəhərində Almaniyanın "BioNTech" və ABŞ-ın "Pfizer" şirkəti tərəfindən hazırlanmış peyvəndi vurduran yaşlı kişi beş gün sonra vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, vaksinasiya Lütsern şəhərində yerləşən qocalar evlərindən birində aparılıb.

Üç gün sonra yaşlı kişi sidik kanalında və qarında ağrıdan şikayət edib.

Qısa müddət sonra təqaüdçünün təzyiqi düşüb və ürəyi sürətlə döyülməyə başlayıb.

İki gün sonra isə o, qocalar evində vəfat edib.

Daha əvvəl verilən xəbərdə isə qeyd olunurdu ki, İsveçrə federal hökuməti peyvənd tədarükü üçün ABŞ-ın "Pfizer" və Almaniyanın "BioNTech" şirkətləri ilə müqavilə imzalayıb.

Müqaviləyə əsasən, İsveçrə "Pfizer" və "BioNTech"dən üç milyon doza peyvənd alacaq.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.