Dünya

İran COVID-19 infeksiyasına qarşı ilk peyvəndini sınaqdan keçirib

29 Dekabr 2020 15:09
Baxış: 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ilk peyvəndini sınaqdan keçirib.  

Milli.Az APA-ya istinadən bildirir ki, "Covo İran Barakat" adlanan peyvəndin sınaq mərasimində İranın səhiyyə naziri, prezidentin elm və texnologiya məsələləri üzrə müavini və digər məsul şəxslər iştirak edib.  

Məlumata görə, peyvənd 3 könüllü üzərində aparılıb. Peyvənd vurulduqdan sonra könüllülərdə şok və qızdırma kimi əlamətlər müşahidə olunmayıb.  

Peyvənd həm qızılca, həm də koronavirus xəstələri üçün nəzərdə tutulub.

Bildirilir ki, indiyədək İranda 65 min nəfər peyvənd olunmaq üçün qeydiyyatdan keçirilib. İlkin mərhələdə peyvənd 56 nəfərə mərhələli şəkildə vurulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.