Dünya

Koronavirus bitmədən dünyanı bürüyən yeni təhlükə

29 Dekabr 2020 08:38
Baxış: 1 613
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada ana və körpə ölümlərində ciddi artım olduğu açıqlanıb.

Böyük Britaniyanın paytaxtı Londonda xəstəxanalarda uşaqların ölü doğulması nisbətinin dörd qat artdığı bildirilib.

Birləşmiş Krallıq Milli Statistika Bürosunun verdiyi məlumata görə, uşaqların ölü doğulmasında normaldan altı qat artım var.

İtaliyada yazda uşaqların ölü doğulması üç dəfə artıb. Nepalda, Hindistandan İrana, Pakistandan Peruya, Banqladeşdən Braziliya da daxil olmaqla demək olar ki, bütün dünyada uşaqların ölü doğulmasının artdığı müşahidə edilib.

Bəzi həkimlər uşaqların ölü dünyaya gəlməsində artımın koronavirusla əlaqəli olduğu fikrini irəli sürüblər. Ancaq bunun belə olmadığı ortaya çıxıb.

Bu, pandemiya ilə əlaqədər hamilələrin vaxtlı-vaxtında həkim müayinəsinə getməmələri ilə əlaqələndirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.