Dünya

Yunanıstanda miqrant uşaqlara bıçaqlı hücum

28 Dekabr 2020 13:19
Baxış: 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrqçi qruplar Yunanıstanın Oreokastro bölgəsində qurulan qaçqın düşərgəsinə hücum olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, kütlə əllərində bıçaq, dəmir barmaqlıqlar və çubuqlarla Kilsənin himayəsi altında olan məkanın qarşısında toplaşıb, irqçi şüarlar səsləndirib.

Onlar daha sonra düşərgənin uşaqlar yaşayan hissəsinə hücum ediblər, lakin bunun qarşısı mühafizəçilər tərəfindən alınıb.

Mövzu barədə düşərgənin vəkili Thodoris Karayannis məlumat yayıb. O, hadisə ilə əlaqədar bölgə prokurorluğunda cinayət açıldığını qeyd edib: "Planlı şəkildə nifrət, təbliğat yayan və 12-15 yaş arası uşaqlara şiddət tətbiq etməkdən çəkinməyən insanlardan azyaşlıları qorumalıyıq".

Qeyd edək ki, sözügedən düşərgədə Suriyadan qaçan əhali yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.