Dünya

Roma papası Qarabağ və koronavirusdan danışdı

25 Dekabr 2020 20:20
Baxış: 1 283
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Roma papası Fransisk Milad bayramı münasibətilə ənənəvi nitqində Qarabağ məsələsi və koronavirus pandemiyasına toxunub.

Milli.Az unikal.org-a istinadən bildirir ki, pandemiyaya görə çıxışını həmişəki kimi Əziz Petros Meydanında deyil, Apostol Sarayında edib.

Koronavirus pandemiyası ilə mübarizədə vaksinasiya məsələsinə toxunan Roma papası hazırda hamının eyni gəmidə olduğunu bildirib və vaksinlərin əlçatan olması üçün bütün ölkə başçılarına və səhiyyə sistemi əməkdaşlarına çağırış edib.

Qarabağ və Ukraynanın şərqindəki hərbi əməliyyatlar barədə danışan papa Fransisk atəşkəsin qorunmasının və qan tökülməsinin dayandırılmasının sabit şəkildə davam etməsini vacib sayıb.

Suriya, Liviya və Yəməndəki münaqişələrə toxunan papa bütün silahlı toqquşmaların uşaqların həyatı və xoşbəxtliyi bahasına baş gəldiyini xatırladıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.