"Sürü toxunulmazlığının əldə edilməsi üçün əhalinin 90 %-nin peyvənd edilməsinə ehtiyac olacaq".
Milli.Az xəbər verir ki, bu sözləri ABŞ Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Dr. Anthony Fauci deyib.
ABŞ-ın aparıcı həkimlərindən olan Fauci bildirib ki, əvvəl sürü toxunulmazlığı üçün 70-75 % faiz insan peyvənd olunurdu. Ancaq xəstəlik nə qədər yoluxucudursa, peyvəndləmə nisbəti də bir o qədər yüksək olur. Əks halda müsbət nəticə verməyəcək.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən verilən məlumata görə, ölkədə indiyədək 1 milyondan çox insana COVID-19 peyvəndinin ilk dozası vurulub.
ABŞ-da təsdiqlənmiş "Pfizer" / "BioNTech" və "Moderna" peyvəndləri iki doza tətbiq edilir.
Tramp administrasiyası 20 milyon amerikalıya ilin sonuna qədər peyvəndin ilk dozasını verməyi hədəfləyib.
Bildirək ki, ABŞ-da19 milyondan çox insan COVID-19-a yoluxub, 336 mini isə ölüb. (publika.az)
Milli.Az