ABŞ-dan AÇIQLAMA: Əhalinin 90 %-i peyvənd edilməlidir, yoxsa...

25 Dekabr 2020 21:36

"Sürü toxunulmazlığının əldə edilməsi üçün əhalinin 90 %-nin peyvənd edilməsinə ehtiyac olacaq".

Milli.Az xəbər verir ki, bu sözləri ABŞ Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Dr. Anthony Fauci deyib.

ABŞ-ın aparıcı həkimlərindən olan Fauci bildirib ki, əvvəl sürü toxunulmazlığı üçün 70-75 % faiz insan peyvənd olunurdu. Ancaq xəstəlik nə qədər yoluxucudursa, peyvəndləmə nisbəti də bir o qədər yüksək olur. Əks halda müsbət nəticə verməyəcək.

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən verilən məlumata görə, ölkədə indiyədək 1 milyondan çox insana COVID-19 peyvəndinin ilk dozası vurulub.

ABŞ-da təsdiqlənmiş "Pfizer" / "BioNTech" və "Moderna" peyvəndləri iki doza tətbiq edilir.

Tramp administrasiyası 20 milyon amerikalıya ilin sonuna qədər peyvəndin ilk dozasını verməyi hədəfləyib.

Bildirək ki, ABŞ-da19 milyondan çox insan COVID-19-a yoluxub, 336 mini isə ölüb. (publika.az)

Milli.Az