Dünya

Nümayəndələr Palatası Trampın tələbini rədd etdi

25 Dekabr 2020 15:09
Baxış: 856
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Nümayəndələr Palatası Donald Trampın tələblərini rədd edib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Tramp hökumət xərcləri və pandemiyaya görə yardımlardan ibarət 2.3 trilyon dollarlıq paketdə dəyişikliklər edilməsi ilə bağlı təklif irəli sürüb.

Donald Tramp adambaşı yardımın 600 ABŞ dollarından 2 000 dollara çatdırılmasını tələb edib. Nümayəndələr Palatasındakı Demokrat üzvlər isə bildirib ki, Tramp səlahiyyət müddətinin bitməsinə az qalmış populizmə əl ataraq insanların yaddaşında yaxşı qalmağa çalışır. Təklifi iqtisadi baxımdan real saymayan Demokratlar tələbi rədd ediblər.

Donald Tramp isə indiki mətni ilə paketə veto qoyacağını bildirib. Anlaşmazlıq davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.