Dünya

"Türkiyə ilə mükəmməl əməkdaşlığımızdan çox məmnunuq" - Ukrayna XİN başçısı

24 Dekabr 2020 19:12
Baxış: 780
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəsinin Türkiyə ilə münasibətlərindən danışıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Kuleba 2020-ci il ərzində Türkiyə ilə bir çox sahələrdə uğurlu əməkdaşlıq etdiklərini bildirib. Xüsusilə, Qara dənizin təhlükəsizliyi və hərbi hava qüvvələri sahəsində əməkdaşlığın ən üst səviyyədə olduğu ifadə edilib. Türkiyə ilə siyasi, hərbi və iqtisadi sferalarda iş birliyinin perspektivlərinə toxunan nazir bunda maraqlı olduqlarını bəyan edib.

"Türkiyə ilə mükəmməl əməkdaşlığımızdan çox məmnunuq", - Kuleba əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.