Dünya

ABŞ ordusu Somalidən çıxmağa başlayıb

23 Dekabr 2020 19:34
Baxış: 701
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Somalidən çıxarılan ABŞ hərbi qüvvələrin əsas hissəsi Cibutidəki Kemp-Lemonye Dəniz Ekspedisiya Bazasına köçürüləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ hərbi qüvvələrinin Afrika Komandanlığının komandiri Stiven Taunsend açıqlama verib.

Amerika qoşunlarının ilk birləşmələrinin hərbi kontingentin ölkədən çıxarılması əməliyyatı çərçivəsində ölkənin sahillərində mövqe tutan "Makin İsland" döyüş gəmisinə çatdığı qeyd olunub.

Hərbi personalın materikdən köçürülməsi dəniz qüvvələrinin dəstəyi ilə həyata keçirilir. Təxliyə ediləcək ABŞ-ın Somalidəki kontingentinin sayının təxminən 700 əsgərdən ibarət olduğu bildirilib.

Somalidən çıxarılan hərbi qüvvələrin əsas hissəsinin Cibutidəki Kemp-Lemonye Dəniz Ekspedisiya Bazasına köçürüləcəyi gözlənilir. Bu, 3 minə yaxın heyət üzvü olmaqla Afrikadakı ən böyük ABŞ bazasıdır. Geridə qalan hərbi birləşmələr isə Keniyadakı ABŞ bazalarına köçürüləcək.

Hazırda Afrikada 6 minə qədər ABŞ əsgərinin olduğu qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.