Dünya

Daha 35 erməni hərbçinin meyiti tapıldı

18 Dekabr 2020 14:24
Baxış: 1 028
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Füzuli, Cəbrayıl və Hadrut istiqamətində daha 35 erməni hərbçinin meyiti tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "sputnik armenia" saytı məlumat yayıb. Bildirilib ki, bu günə qədər 969 itkinin cəsədi tapılıb.

Qeyd olunub ki, Füzuli, Cəbrayıl və Hadrutda axtarış işləri davam etdirilir.

Axtarışda itkin düşən əsgərlərin yaxınları və əraziyə bələd olan könüllülər iştirak edir.

Xatırladaq ki, dekabrın 11-də Ermənistan Səhiyyə Nazirliyi 2996 hərbçi cəsədinin məhkəmə-tibbi ekspertizasının keçirildiyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.