Dünya

Brexit danışıqları yenidən başlayır

9 Dekabr 2020 12:34
Baxış: 653
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avropa İttifaqı (Aİ) ilə Böyük Britaniya arasında Brexit danışıqları yenidən başlayır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Brüsseldə aparılacaq danışıqlar prosesində balıqçılıq və ticarət müəssisələri ilə bağlı qaydalar müzakirə olunacaq. Tərəflər arasında dekabrın 31-dək hər hansı razılaşma əldə edilməzsə, Britaniya və Aİ bir-birinin mallarına idxal xərcləri tətbiq edə bilər.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Boris Conson Brexitdən sonrakı ticarət razılaşmasını müzakirə etmək üçün Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenlə görüşəcək. Bu məqsədlə Baş nazir bu həftə Brüsselə səfər edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.