Dünya

Türkiyədə yüzlərlə hərbçi HƏBS OLUNDU - VİDEO

8 Dekabr 2020 18:39
Baxış: 2 293
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə tarixin ən böyük FETÖ əməliyyatı keçirilib.

Milli.Az xəbər verir ki, 50 əyalətdə baş tutan əməliyyat nəticəsində 304 əsgər saxlanılıb.

Onlardan 193-ü Quru Qüvvələri Komandanlığı, 111-i Hava Qüvvələri Komandanlığında xidmət edirmiş.

FETÖ-nün Türkiyə Silahlı Qüvvələrində kök salmasına qarşı keçirilən əməliyyatda saxlanılanlar təşkilatın qondarma imamları ilə kabelsiz telefonlarla əlaqə qurmaları sayəsində aşkarlanıb.

İzmir Baş Prokurorluğu həmin şəxslər haqqında həbs qərarı çıxarıb.

Şübhəlilər arasında 5 polkovnik, 1 podpolkovnik, 1 minbaşı, 10 yüzbaşı, 53 baş leytenant, 5 leytenant, 221 kiçik leytenant, 7 çavuş rütbəli şəxs var.(publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.