Dünya

Vyetnam koronavirusa qarşı öz peyvəndini sınaqdan keçirməyə hazırlaşır

9 Dekabr 2020 07:07
Baxış: 516
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vyetnam dekabrın 10-dan etibarən koronavirus əleyhinə öz peyvəndinin könüllülər üzərində sınaqlarının ilk fazasına başlayacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda ölkədə fəaliyyət göstərən üç vaksin istehsalçısı intensiv şəkildə koronavirus əleyhinə preparatın hazırlanması ilə məşğuldur. Onların hamısı bu yaxınlarda heyvanlar üzərində sınaq mərhələsini başa çatdırıb. "Nanogen" əczaçılıq kompaniyasının preparatı isə insanlar üzərində sınağa hazır vəziyyətə gətirilib.

"Nanogen" kompaniyası dekabrın 10-da Vyetnam Hərbi Tibb Universiteti ilə birgə könüllülər üzərində sınaqların ilk mərhələsinə başlayacaq", - deyə ölkənin səhiyyə naziri Nquen Than Lonq bildirib.

Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, pandemiyanın əvvəlindən bu yana Vyetnamda koronavirusa yoluxanların sayı 1367 nəfər, infeksiya səbəbindən ölənlərin sayı isə 35 nəfərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.