Dünya

Avropada koronavirus əleyhinə vaksinasiya başladı

8 Dekabr 2020 12:07
Baxış: 1 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya Qərbdə əhalini koronavirus əleyhinə peyvəndləməyə başlayan ilk ölkə olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Pfizer" və "BioNTech" tərəfindən hazırlanan COVID-19 peyvəndi, ilk növbədə, İngiltərə, Uels və Şotlandiyada risk qruplarına vurulacaq.

Şimali İrlandiya hökuməti vaksinasiyaya həftənin əvvəlində başlayacaqlarını bildirib.

Böyük Britaniyaya peyvənd tədarükü edən şirkətlərindən biri olan "NHS Provayders" baş menecerinin müavini Şafran Korderi İngiltərədə 50 xəstəxananın artıq peyvənd aldığını və vaksin paylanmasının tam sürətlə getdiyini deyib.

Böyük Britaniyanın Səhiyyə Nazirliyi bu ilin dekabr ayının sonuna qədər 4 milyon dozaya qədər "Pfizer" və "BioNTech" peyvəndi alacağını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.