Dünya

Kim Çen In karantini pozanı edam etdirdi

7 Dekabr 2020 15:29
Baxış: 1 496
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şimali Koreyada vətəndaş koronavirus (COVID-19) tədbirlərini pozduğu üçün edam edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Asiya KİV orqanları məlumat yayıb. Bildirilib ki, 50 yaşlı sözügedən şəxs Çin sərhədindən qeyri-qanuni yolla Koreya ərazisindən keçib.

Bildirilir ki, Şimali Koreya rəsmi olaraq ölkədə koronavirus olmadığını iddia etsə də, Kim Çen In rejimi fövqəladə karantin tədbirləri tətbiq edib, Çin sərhədini keçən hər kəsin güllələnməsi barədə əmr verib.

Cənubi Koreya kəşfiyyat təşkilatı NIS ötən həftə Kimin Pxenyanda karantin əmri verdiyi və virusun qarşısını almaq üçün dənizdə balıq ovlamağı qadağan etdiyinə dair məlumat yayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.