Türkiyədə koronavirusla bağlı tətbiq olunan "evdə qalmaq" rejimi 56 saat davam edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma tempini nəzarətdə saxlamaq məqsədilə hökumətin qəbul etdiyi yeni rejim qaydalarına uyğun olaraq dekabrın 4-də yerli vaxtla saat 21.00-da bütün ölkə üzrə evdən çıxmağa məhdudiyyət qüvvəyə minib. Sərtləşdirilmiş bu qadağa 56 saat qüvvədə olacaq.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkədə yeni yoluxmalar və ölüm halları artmaqdadır. Belə ki, dekabrın 4-də ölkə üzrə 194 min 435 nəfər testdən keçirilib. Onlardan 32 min 736 nəfərdə virus əlaməti aşkarlanıb, 6 min 903 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 193 nəfər ölüb, 4 min 811 nəfər isə sağalıb. İndiyədək infeksiyadan ümumilikdə 14 min 506 nəfər həyatını itirib. Ölkə üzrə testdən keçirilənlərin ümumi sayı 20 milyon nəfərə yaxınlaşır.
Qeyd edək ki, koronavirusla mübarizə ilə bağlı hökumət qərarına əsasən həftənin ilk 5 günündə Türkiyə vaxtı ilə saat 21.00-dan 5.00-dək evdən çıxmaq qadağan edilir. Cümə günü axşam 21.00-da başlanan "evdə qalmaq" rejimi isə bazar ertəsi saat 5.00-a qədər qüvvədə olur.
Bundan başqa xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı və 20 və bundan aşağı yaş həddə olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməzlər. Bu yaş həddində olanlara şənbə və bazar günü istisna olmaqla saat 13.00-dan 16.00-dək evdən çıxmağa icazə verilir.
Maska taxmaq, sanitariya qaydalarına əməl etmək və sosial məsafə saxlamaq ən ciddi çağırışdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qalibaf: İranla ABŞ arasında sülh yoxdur
-
Milyonluq təyyarələr səhrada çürüyür: İflas edən şirkətin sonu - (Foto)
-
İsrail BƏƏ-də "Dəmir qübbə" yerləşdirdiyini təsdiqlədi
-
Paşinyandan yeni konstitusiya ilə bağlı açıqlama
-
ABŞ-də anomal istilər 25 nəfərin həyatına son qoyub
-
Britaniya və ABŞ orduları "uçan taksi"ləri döyüşə hazırlayır
XƏBƏR LENTİ
-
67 yaşlı Madonna gənc qızlara meydan oxuyur - (Video)
-
Şaftalının faydaları nələrdir, neçə kaloridir?
-
Qatı şokolad sousu resepti
-
Mixail Malkin Dünya kuboku seriyasının qalibidir
-
Azərbaycan gimnastları Dünya Kubokunda fəxri kürsüdə (Foto)
-
Günün qoroskopu: Maliyyə mövzuları bu gün gündəminizdə olacaq
-
Qalibaf: İranla ABŞ arasında sülh yoxdur
-
Braziliya Norveçə qarşı
-
Azərbaycan cüdoçuları Avropa Kubokunu 9 medalla başa vurublar
-
Məşhur azərbaycanlı sənətşünas İrada Berq vəfat etdi
-
“Qarabağ”ın yeni transferi Cebrailin performansı - (Video)
-
Sürücülük vəsiqəsi almaq istəyənlərə yeni xəbər - müddət uzadıldı
-
Aeroport yolunda zəncirvari qəza - (Video)
-
Niklas Züle futbola qayıdır: 9-cu liqada çıxış edəcək
-
Qazaxın Aslanlı kəndində taxıl sahəsi yanıb (Video)
-
Bakıxanovda əks yola çıxan sürücü qəza törətdi (Video)
-
Azərbaycanlı gənc Polşada faciəvi şəkildə öldü (Foto)
-
Şəmkirdə ağıq qəza - ölən və xəsarət alan var
-
Milyonluq təyyarələr səhrada çürüyür: İflas edən şirkətin sonu - (Foto)
-
"Hər şey bir anda baş verdi": Amalın öldüyü qəzanın şahidi danışdı (Video)
-
İsrail BƏƏ-də "Dəmir qübbə" yerləşdirdiyini təsdiqlədi
-
Paşinyandan yeni konstitusiya ilə bağlı açıqlama
-
"Sosial şəbəkədə hoqqa verənləri qəhrəman etmisiniz"
-
Faciəvi şəkildə ölən ata və övladları dəfn olundu - (Foto)





