Dünya

İstanbulun İstiqlal prospektinə giriş və çıxış məhdudlaşdırılıb

2 Dekabr 2020 19:49
Baxış: 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə COVID-19-la mübarizə məqsədilə yenidən qüvvəyə minən tədbirlər çərçivəsində İstanbulun, o cümlədən dünyanın ən çox turist qəbul edən məkanlarından biri olan İstiqlal prospektinə giriş və çıxış məhdudlaşdırılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər gün yüz minlərlə insanın ziyarət etdiyi prospektə yeni qaydalar çərçivəsində eyni vaxt ərzində yeddi min insanın daxil olmasına icazə veriləcək. Qadağalar Taksim və Tunel meydanları arasındakı ərazini əhatə edir.

Qeyd edək ki, Türkiyədə ən çox gündəlik yoluxma halları məhz İstanbulda qeydə alınır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.