Mixail Qusmanın “Anatoli Dobrınin. Səfirin həyatından 24 il və 14 gün” filminin Azərbaycanda premyerası olub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın "Anatoli Dobrınin. Səfirin həyatından 24 il və 14 gün" adlı sənədli filminin CBC telekanalında premyerası olub. Filmdə SSRİ ilə ABŞ arasında ən dramatik qarşıdurmalardan birindən - 1962-ci ildə başlanmış Karib böhranından bəhs edilir. Bu böhranın nizamlanmasında Anatoli Fyodoroviç Dobrınin əvəzsiz rol oynayıb.
Anatoli Dobrınin 1962-ci ildə SSRİ-nin ABŞ-da səfiri təyin edilib və demək olar ki, əsrin dörddəbiri qədər bu vəzifədə çalışıb. Bu müddətdə Birləşmiş Ştatlara altı prezident rəhbərlik edib. O vaxt hələ gənc olan sovet diplomatı Anatoli Dobrıninin ünsiyyətdə olduğu ilk ABŞ Prezidenti Con Kennedi idi. Dobrınin ilə Kennedi arasında etimada əsaslanan münasibətlər yaranması Karib böhranının həllində və daha sonra "Raketdənmüdafiə Sistemlərinin Məhdudlaşdırılması haqqında" Müqavilənin imzalanmasında müstəsna rol oynayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, filmə nadir sənədli sübutlar və o dövrün mühüm tarixi hadisələrinin bilavasitə iştirakçıları - Anatoli Dobrıninin özü, ABŞ-ın sabiq müdafiə naziri Robert Maknamara, Birləşmiş Ştatların o vaxtkı dövlət katibi Henri Kissincer və bir sıra başqa diplomatlarla müsahibələr daxil edilib.
Tarixi-sənədli filmin müəllifi Mixail Qusman Anatoli Dobrıninlə şəxsən tanış idi. Onlar 1975-ci ildə tanış olublar. İllər keçəndən sonra Mixail Qusman sovet diplomatiyasının əfsanəsi ilə geniş müsahibəni lentə alıb və həmin müsahibə filmin süjet xəttinin əsasını təşkil edib. Mixail Qusman bu film barədə azərbaycanlı tamaşaçılara məlumat verərək deyib ki, onun bu ekran əsəri Anatoli Dobrıninin 100 illiyinə həsr edilib və bu görkəmli diplomatın xatirəsinə hörmət əlamətidir. Çox cəhətdən məhz Dobrıninin səyləri sayəsində dünya nüvə müharibəsi təhlükəsindən xilas olub.
Mixail Qusman sənədli filmin CBC telekanalında göstərilməsindən əvvəl söylədiyi ön sözdə deyib: "Biz dünyamızın nə qədər kövrək olduğunu və çox vaxt özümüz də bunu dərk etmədən fəlakətli həddə yaxınlaşdığımızı, bəşəriyyətin necə dəhşətli təhdidlərlə üzləşməli olduğunu göstərmək istəmişik.
Mən bu filmin hələ yaz aylarında Bakıda göstərilməsini planlaşdırırdım, lakin gözlənilmədən meydana çıxmış pandemiya planlarımızı dəyişdirdi.
Münaqişələrin həllində diplomatik səylərin rolunu lazımınca qiymətləndirmək çətindir. Biz bunu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması nümunəsində aşkar gördük. Rusiya və Azərbaycan prezidentlərinin çox böyük diplomatik səyləri, Ermənistanın baş naziri tərəfindən vəziyyətin başa düşülməsi üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Mənə belə gəlir ki, bununla əlaqədar film həm süjet baxımından maraq doğuracaq, həm də dünyamızın bu gün də çox kövrək olduğunu anlamaq üçün ibrət dərsi olacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
XƏBƏR LENTİ
-
İranda SEPAH ilə silahlı qrup arasında toqquşma: Ölənlər var
-
Xarici diplomatlar Gəncəsər və Xudavəng monastır komplekslərini ziyarət ediblər - (Yenilənib)
-
Rusiya ordusu Donetskdə yaşayış məntəqəsinə nəzarəti ələ keçirib
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
-
Ötən gün 9 odlu silah aşkarlanıb
-
İtaliyalı müdafiəçi "Barselona"ya keçə bilər
-
Çilidə qocalar evində yanğın: Ölənlər var
-
Azərbaycan futbolunda yayın ən bahalı transferləri
-
İranın Türkiyə və İraqa uçuşlarında problem olması təkzib edilib
-
Zelenski G20 sammitində Putinlə görüşməyə hazır olduğunu deyib
-
Şirvanda mağazadan oğurluq edildi
-
Ayın 13-də 33 dərəcə isti olacaq - Proqnoz
-
Hər evdə var, amma bu təsirini çoxları bilmir
-
"Qalatasaray" üç futbolçusu ilə yollarını ayıracaq
-
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə alban kilsələrini ziyarət edib
-
Gecə yatarkən bunu etməyin - Ürəyiniz üçün təhlükəli ola bilər
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)





