ÜST Milad ərəfəsində karantin qaydalarını yumşaltmamağa çağırıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar rəsmi qurumların infeksiyanın gedişatını nəzarətə ala bilmədiyi ölkələrdə Milad bayramı ərəfəsində karantin qaydalarını yumşaltmamağa çağırıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ÜST-nin fövqəladə hallar üzrə icraçı direktoru Mayk Rayan bu barədə Cenevrədə keçirilən brifinqdə danışıb. O bildirib ki, Milad ərəfəsində insanların sıx şəkildə bir araya gəlməsi tələb olunan infrastruktura malik olmayan, yoluxma hallarını təqib edə və yoluxanları müəyyən edərək karantinə göndərə bilməyən ölkələrdə vəziyyəti daha da gərginləşdirə və karantin qaydalarının yumşaldılması daha güclü yoluxma dalğasına səbəb ola bilər. Buna görə də hökumətlər karantin qaydalarının yumşaldılması barədə qərar verərkən risklər barədə götür-qoy etməlidirlər.
ÜST ekspertinin sözlərinə görə, karantin qaydalarının hansının ləğv edilməsi və xüsusi öhdəliklər olmadan neçə günlük bayramın mümkün olacağına dair heç bir elmi düstur yoxdur: "Yalnız vəziyyəti yaxşılaşdıran və ya pisləşdirən yüksək və ya aşağı risk faktorları mövcuddur".
Qeyd edilib ki, hökumətlər məhdudiyyətlərin qüvvədə saxlanması nəticəsində yaranan iqtisadi və ictimai riskləri bu məhdudiyyətlərin yumşaldılmasından sonra virusun daha da vüsətlə yayılması riski ilə müqayisə edərək öz qərarlarını verməlidirlər. Çünki ailə bayramı olan Milad günlərində insanların bir araya gəlməsinə icazə verilməməsi də, öz növbəsində məyusluq, karantin qaydalarından bezmə və bəlkə də görülən tədbirlərə qarşı etirazlar da doğura bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Deputat səhiyyə nazirini tənqid etdi - Nazirlikdən cavab
-
Bu istiqamət üzrə əlavə qatar reysləri həyata keçiriləcək
-
17 milyondan 12 milyona düşdü - Bakıda dəbdəbəli malikanə satışda
-
Azərbaycanlı hakim dünya çempionatında
-
Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi
-
Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı
-
Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir - (Foto)
-
Zlatan İbrahimoviç: "Arda "Barselona"nı seçsəydi..."
-
Formula 1-dən Bakı ilə bağlı paylaşım - (Foto)
-
“Yeni ulduz”un münsifəri və aparıcısı bəlli oldu
-
Alim Qasımov Üzeyirlə duetindən danışdı
-
Lionel Messi Peleni geridə qoydu
-
Monitor AYNA-nın tədbirində aşıb?
-
Si Cinpin ABŞ-yə səfər edəcək
-
İcra başçısının birinci müavini vəzifəsindən azad edildi
-
Sabah Bakıda hava dəyişir: Külək, yağış - Proqnoz
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)
-
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi
-
Qələbələr, rekordlar və unudulmaz anlar: Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot - (Foto)
-
Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş - (Yenilənib/Video)
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)





