Dünya

Avstraliya ordusunun 9 hərbçisi İNTİHAR ETDİ

25 Noyabr 2020 03:30
Baxış: 1 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliya ordusunda özünəqəsd hadisələri baş verib.

Milli.Az xəbər verir ki, bununla bağlı Böyük Britaniyanın "Daily Mail" qəzeti məlumat yayıb.

Bildirilib ki, Avstraliya hərbçilərinin Əfqanıstanda qətllərdə iştirakını təsdiqləyən hesabatın yayılmasından sonra son üç həftə ərzində 9 hərbçisi intihar edib.

İntihar edən hərbçilərdən 8-i kişi, 1-i qadındır. Bu, Avstraliyanın hərb tarixində ilk hadisə sayılır.

Qeyd edək ki, bir müddət əvvəl Avstraliya hərbçilərinin Əfqanıstandakı fəaliyyətinə dair hesabat dərc olunub. Sənədə əsasən, 2005-2016-cı illərdə Avstraliyanın xüsusi təyinatlıları tərəfindən 39 qətl törədilib. Qurbanlar arasında mülki vətəndaşlarla yanaşı, yerli əsgərlər də var.

Ekspertlər hesabatı 400-dən çox şahid ifadəsinə, 20 mindən artıq sənədə və 25 mindən çox fotoya əsasən hazırlayıblar. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.