Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində kafedə partlayış baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində 1 nəfər həlak olub, 33 nəfər isə xəsarət alıb.
Məlumata əsasən, kafedə qaz balonu partlayıb.
Bildirilir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.
Milli.Az